Peru Prokurorluğu Prezidentin vəzifəsini icra etməməsindən şübhələnib
Peru Baş Prokurorluğu ölkə prezidenti Dina Boluarteyə qarşı vəzifə borcunu yerinə yetirməməkdə şübhəli bilinərək ilkin istintaqa başlayıb.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Prokurorluğun bəyanatında deyilir.
"Baş Prokurorluq Respublika Prezidenti Dina Boluarte ilə bağlı vəzifələrini yerinə yetirməməsi və ya vəzifəsini tərk etməkdə şübhəli bilərək ilkin araşdırmaya başlayıb", - məlumatda qeyd olunur.
Prokurorluğun məlumatına görə, 2023-cü ilin 29 iyun-9 iyulunda Boluarte əməliyyat keçirdiyinə görə prezident vəzifəsini icra etməyib, lakin bu barədə Nazirlər Kabinetinə və Konqresə məlumat verməyib. May ayında dövlət başçısına impiçment elan etməyi təklif edən bir qrup deputat vəsatətində Boluartenin plastik əməliyyat səbəbilə 12 gün işləmədiyini bildirib.
Daha əvvəl Peru Prezidentinə qarşı korrupsiya və səlahiyyətlərin aşılması şübhəsi ilə bağlı araşdırmalara başlanılıb. İyulda Baş Prokurorluq 7 dekabr 2022-ci ildən 9 fevral 2023-cü ilədək baş tutan aksiyalarda etirazçıların ölümü ilə əlaqədar Boluarte ilə bağlı Konstitusiya şikayətini parlamentə təqdim edib. Məlumata görə, toqquşmalar zamanı ümumilikdə 44 nəfər ölüb, 116 nəfər yaralanıb.
Oxşar xəbərlər
KİV: Peru Futbol Federasiyasının prezidenti həbs edilib
Gürcüstan Baş Prokurorluğu seçki saxtakarlığı iddialarına görə prezidenti dindirməyə çağırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
