Gürcüstan Baş prokurorluğu azərbaycanlılar arasında kütləvi bıçaqlanma ilə bağlı məlumat yayıb
Gürcüstanın Baş Prokurorluğu azərbaycanlıların kompakt yaşadığı Bolnisi bələdiyyəsində kütləvi bıçaqlanma hadisəsi ilə bağlı məlumat yayıb.
Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, prokurorluq faktla bağlı iki nəfərə qarşı Gürcüstan Cinayət Məcəlləsinin iki və daha çox şəxsin sağlamlığına qrup halında qəsdən ağır zərər vurmanı nəzərdə tutan 117-ci maddəsi ilə ittiham irəli sürüb.
Bildirilib ki, Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalar nəticəsində təqsirləndirilən şəxslərin Muşevan (Dəllər) kəndində 7 nəfərə bıçaqla xəsarət yetirməsi müəyyən edilib.
Təqsirləndirilən şəxslərin noyabrın 25-də saxlanıldığı qeyd olunub. Məlumata görə, iş üzrə 9 ildən 13 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Bildirilib ki, artıq prokurorluq saxlanılanlara qarşı həbs qətimkan tədbirinin tətbiqi ilə bağlı məhkəməyə müraciət edib.
Qeyd edək ki, hadisə noyabrın 25-də Muşevan kəndində toy mərasimində baş verib. Məlumata görə, Muşevan və Darvaz kəndlərindən olan gənclər arasında mübahisə davaya çevrilib. İnsident zamanı Dəllər kəndindən 6, Darvaz kəndindən 1 nəfər bıçaqlanıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu, onlardan birinin reanimasiyaya yerləşdirildiyi bildirilib.
Oxşar xəbərlər
Elnarə Qasımovanın həbs müddəti uzadılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
4 il əvvəl Ağdamda itkin düşən qadın atası və ögey anası tərəfindən öldürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiyada "Quran"ı yandıran şəxsə qarşı dövlətə xəyanət ittihamı irəli sürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda avtovağzalın girişində 25 yaşlı oğlanı öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
İki gün əvvəl əri tərəfindən bıçaqlanan qadın xəstəxanada ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













