Aİ və Ukrayna Kiyevə 18,1 milyard avroluq kreditin ayrılması haqqında memorandum imzalayıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
noy
2024
19:30

Aİ və Ukrayna Kiyevə 18,1 milyard avroluq kreditin ayrılması haqqında memorandum imzalayıb

28 noy, 2024
19:30
578

Aİ və Ukrayna Kiyevə 18,1 milyard avroluq kreditin ayrılması haqqında memorandum imzalayıb

Avropa İttifaqı (Aİ) və Ukrayna Yeddilik Qrupunun (G7) razılaşması çərçivəsində Kiyevə 18,1 milyard avro məbləğində kreditin ayrılması haqqında Anlaşma Memorandumu imzalayıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Avropa Komissiyası rəhbərinin müavini Valdis Dombrovskis “X” sosial şəbəkəsində yazıb.

"Ukraynaya təcili ehtiyaclarını qarşılamağa kömək edəcək 18,1 milyard avro məbləğində makromaliyyə yardımına dair Anlaşma Memorandumunu Aİ adından imzalamaq mənim üçün böyük şərəfdir", - o bildirib.

V.Dombrovskisin sözlərinə görə, bu, Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən istifadə etməklə Ukraynaya dəstəklə bağlı G7 təşəbbüsünün bir hissəsidir.

Bizimlə əlaqə saxlayın