"İranın Müstəqil Dövlətlər Birliyinə (MDB) "MDB+" formatında qoşulması məsələsi hazırda həll olunur. İslam Respublikası belə bir status alan ilk ölkə ola bilər".

Oxu.Az-ın xəbərinə görə, bunu MDB-nin baş katibi Sergey Lebedev TASS-ın baş direktoru Andrey Kondraşova birliyin 35-ci ildönümünə həsr olunmuş müsahibəsi zamanı deyib.

"Türkmənistanın Avaza şəhərində keçirilən (9 oktyabr) sammitdə İran Prezidenti Məsud Pezeşkian ilk dəfə çıxış edərək, "MDB+" formatını işə salmaq istədiklərini bildirdi. Bu məsələ, əlbəttə ki, MDB-də bir çoxlarının marağına səbəb oldu. Mən hiss edirəm ki, qiymətləndirmələr əsasən müsbətdir. Hazırda elə bu məsələ müzakirə edilir ki, belə bir format ilk dövlət kimi İrana təqdim olunsun", - deyə Sergey Lebedev qeyd edib.