"Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd Xidməti yaxın illərdə Ermənistan ərazisindəki fəaliyyətini tamamilə dayandıracaq".

Oxu.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan brifinqdə çıxışı zamanı bildirib.

Paşinyan qeyd edib ki, Ermənistan artıq öz dövlət sərhədlərini müstəqil şəkildə qoruya bilir.

"Bu müddət ərzində Ermənistan sərhədlərində dayandıqları üçün Rusiya sərhədçilərinə minnətdarıq. Amma hesab edirəm ki, yaxın illərdə öz sərhədlərimiz üçün məsuliyyəti tam şəkildə öz üzərimizə götürməyin vaxtı gəlib çatıb", - deyə N.Paşinyan qeyd edib.