"Top Gear" nəşri 2027-ci ilin ən yaxşı avtomobillərini müəyyən edərək ənənəvi "Top Gear Awards" mükafatının qaliblərini elan edib.

Oxu.Az-ın məlumatına görə, seçim prosesində iştirak etmək üçün yeganə və mütləq şərt namizədin son 12 ay ərzində istehsal olunmasıdır.

Jurnalın mütəxəssisləri qeyd edirlər ki, bu tələb hər il eyni modellərin qalib olmasının qarşısını almağa imkan verir.

Qeyd edək ki, ilin avtomobili statusunu heç də hər kəsin büdcəsinə uyğun olmayan model qazanıb. Söhbət qiyməti iki milyon funt sterlinq (2 620 000 dollar) olan "McLaren W1" superkarından gedir.

Top Gear 2027-ci ilin ən yaxşı avtomobillərini elan etdi - Foto

İlin ən dəbdəbəli avtomobili adına "Mercedes-Benz VLE" layiq görülüb. Nəşrin ekspertlərinin fikrincə, bu model dəbdəbə anlayışını dəyişərək diqqəti uzun təkər bazası və ya ötürmələr qutusunun büllur linkinə deyil, birbaşa rahatlığa yönəldir. Onlar hesab edirlər ki, əsl dəbdəbə həyatı asanlaşdırmalıdır.

Top Gear 2027-ci ilin ən yaxşı avtomobillərini elan etdi - Foto

Kiçikhəcmli avtomobillər kateqoriyasında "Hyundai Ioniq 3" birinciliyi əldə edib.

Top Gear 2027-ci ilin ən yaxşı avtomobillərini elan etdi - Foto

İlin sedanı kimi "BMW i3" seçilib. Bu, "Neue Klasse" xəttinə aid olan tam elektrikli sedandır.

Top Gear 2027-ci ilin ən yaxşı avtomobillərini elan etdi - Foto

"Citroen 2CV" ilin konsepti adını qazanıb. Münsiflər heyətinin rəyinə əsasən, istehsalçı bu layihəni kütləvi istehsala buraxmalıdır.

Top Gear 2027-ci ilin ən yaxşı avtomobillərini elan etdi - Foto

İlin dizaynı mükafatı "Jaguar Type 01" modelinə təqdim olunub.

Top Gear 2027-ci ilin ən yaxşı avtomobillərini elan etdi - Foto

İlin səsi olaraq "Aston Martin Valkyrie LM", ilin retro-qəhrəmanı olaraq isə "Kimera K39" hiperkarı seçilib.

Top Gear 2027-ci ilin ən yaxşı avtomobillərini elan etdi - Foto

Top Gear 2027-ci ilin ən yaxşı avtomobillərini elan etdi - Foto

Şəhər avtomobili nominasiyasında "Renault Twingo" qalib olub. Bəziləri üçün onun dizaynı bir qədər uşaqyana görünə bilər, lakin dərgidə bildirilir ki, yığcam və ucuz elektromobillər arasında heç bir model bu qədər münasib qiymətə (15 min funt sterlinqdən az, təxminən 19 650 dollar) belə yüksək keyfiyyət təklif etmir.

Top Gear 2027-ci ilin ən yaxşı avtomobillərini elan etdi - Foto

İlin "ofrouder"i (yolsuzluq avtomobili) "BMW X5" olub. Xarici görünüşü və idarəetmə xüsusiyyətlərinə görə o, daha iri "BMW iX3" modelini xatırladır. "Top Gear"ın 2026-cı il versiyasına görə ilin avtomobili olan bu modelin belə uğurlu olması təəccüblü deyil. Lakin məhz yeni "BMW X5"in innovativ arxitekturası onu kiçik qardaşından fərqləndirir və bu mükafata layiq edir.

Top Gear 2027-ci ilin ən yaxşı avtomobillərini elan etdi - Foto

İlin yarış avtomobili "GMA T.50S" elan edilib. Bu, konstruksiyanın yüngülləşdirilməsinin "əsl avtomobil həzzinə aparan yeganə yol" olduğunu sübut edən heyranedici nümunədir.

Top Gear 2027-ci ilin ən yaxşı avtomobillərini elan etdi - Foto

İstehsalçı şirkətlər arasında "Genesis" ilin ən yaxşısı seçilib. Nəşrin ekspertləri bu qərarı belə izah ediblər:

"Bəlkə də bu, "Top Gear" üçün gözlənilməz seçimdir, ancaq "Hyundai" şirkətinin premium bölməsində tərəqqipərvər təfəkkür, inkişaf və ambisiyalarla bağlı xüsusi bir cəhət var".

Top Gear 2027-ci ilin ən yaxşı avtomobillərini elan etdi - Foto

İdman xüsusiyyətləri kateqoriyasında ilin avtomobili jurnalda "mükəmməlliyin zirvəsi" adlandırılan "Ferrari 296 Speciale" olub.

Top Gear 2027-ci ilin ən yaxşı avtomobillərini elan etdi - Foto

"Top Gear" redaksiyasının 2027-ci ildə sükanı arxasına keçməyi ən çox arzuladığı avtomobil kimi "Toyota GR GT" göstərilib. Ekspertlər bunu belə əsaslandırıblar:

"İki oturacaq, arxa ötürücü, uzun kapot və V8 mühərriki. Bu, V8 turbomühərrikli və 8 pilləli avtomat ötürmələr qutusu olan idman superkarıdır. Dövrümüzdə, xüsusən də avtomobilin çəkisinin 1 750 kiloqramdan az olduğu nəzərə alınarsa, belə layihələr, demək olar ki, köhnəlmiş sayılır".

Top Gear 2027-ci ilin ən yaxşı avtomobillərini elan etdi - Foto

Top Gear 2027-ci ilin ən yaxşı avtomobillərini elan etdi - Foto

"Top Gear Tech" nominasiyasında isə "Ferrari 12Cilindri Manuale" qalib gəlib. Bu nəqliyyat vasitəsinin ötürmələr qutusu "avtomobildə indiyədək istifadə edilən ən yaxşı sistemlərdən biri" kimi qiymətləndirilib.

Top Gear 2027-ci ilin ən yaxşı avtomobillərini elan etdi - Foto