Rusiya ilə Qazaxıstan uzunmüddətli qaz tədarükü və əməkdaşlıq perspektivlərini müzakirə edib
Rusiyanın Başqırdıstan Respublikasının Ufa şəhərində keçirilən Rusiya və Qazaxıstanın regionlararası əməkdaşlığının 20-ci yubiley forumu çərçivəsində dövlət başçıları qazın uzunmüddətli nəqli, qonşu ölkələrə tranzitin inkişafı və ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.
Bu barədə “Report” Rusiya KİV-ə istinadən xəbər verir.
“Rusiya qazının Qazaxıstana uzunmüddətli tədarükü üzərində iş aparılır”, – deyən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, həmçinin daha əvvəl Rusiya qazının Qazaxıstan ərazisindən keçməklə Özbəkistana tranzitinə başlanıldığını, bundan əlavə, “Qazprom” ilə Qırğızıstana qaz tranziti haqqında müqavilə imzalandığını xatırladıb.
V.Putin, öz növbəsində regional və ikitərəfli əməkdaşlığın perspektivlərini vurğulayıb.
“Rusiya və Qazaxıstan qarşılıqlı faydalı əməkdaşlıqda zəngin təcrübəyə malikdir və gələcək birgə iş üçün ən geniş perspektivlər bizim üçün açıqdır”, - Tokayev kimi forumun plenar iclasına videobağlantı ilə qoşulan Rusiya lideri qeyd edib.
Putin iki ölkənin regionlarının bundan sonra da tərəfdaşlığın inkişafına mühüm töhfə verəcəyinə, Rusiya və Qazaxıstan rəhbərliyinin birgə layihələri dəstəkləyəcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, Rusiya və Qazaxıstan arasında Regionlararası Əməkdaşlıq Forumu 2003-cü ildən bəri hər il keçirilir. Forum iki ölkənin regionları arasında iqtisadi və sosial əlaqələrin möhkəmlənməsinə töhfə verir.
Oxşar xəbərlər
Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tokayev: Qazaxıstan və Rusiya əməkdaşlığında müsbət dinamika var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Rusiya baş nazirləri əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazaxıstan və Rusiya “Şimal-Cənub” dəhlizinin inkişaf perspektivlərini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tokayev və Putin ikitərəfli münasibətlərin bütün spektrini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












