Britaniyanın Rusiyadakı səfirinə etiraz notası verilib
Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılan Böyük Britaniyanın Moskvadakı səfirinə ölkəyə daxil olarkən Britaniya səfirliyinin əməkdaşlarına dair yalan məlumatlar təqdim etdiyinə görə etiraz notası verilib.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in bəyanatında deyilir.
Nazirlikdən qeyd edilib ki, Moskva Britaniya xüsusi xidmət orqanlarının Rusiya ərazisində bəyan edilməmiş əməkdaşlarının fəaliyyətinə göz yummayacaq.
“Rusiyadakı britaniyalı diplomatlara münasibətdə bu ölkənin səfirliyinin əməkdaşları tərəfindən sorğu anketlərinin doldurulması tələbləri sərtləşdiriləcək... London diplomatların ölkədən çıxarılmasından sonra vəziyyəti gərginləşdirərsə, Rusiya dərhal buna reaksiya verəcək”, - bəyanatda göstərilib.
Oxşar xəbərlər
Rusiya 30 Britaniya vətəndaşına sanksiya tətbiq edib
Zaxarova: Rusiya XİN Britaniya diplomatlarının fəaliyyəti ilə bağlı FTX-nin rəyini bölüşür - YENİLƏNİB
Rusiya XİN: Moldova səfirinə qeyri-dost addımlarla bağlı etiraz edilib
Rusiya XİN Finlandiya səfirinə etiraz edib
Rusiya 30 Britaniya vətəndaşına qarşı sanksiya tətbiq edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













