Rusiya 30 Britaniya vətəndaşına sanksiya tətbiq edib
Rusiya Xarici İşlər Nazirliyinə çağırılan Britaniya səfirinə etiraz edilib.
Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Bildirilib ki, səfirə etiraz Böyük Britaniyanın Moskvadakı səfirliyinin əməkdaşı Rusiya Federasiyasına daxil olarkən yalan məlumat verdiyinə görə təqdim olunub.
Qeyd olunub ki, bundan sonra Rusiya Federasiyasındakı Britaniya diplomatları üçün bu ölkənin səfirliyinin əməkdaşları tərəfindən blankların doldurulmasına dair tələblər sərtləşdiriləcək.
"Rusiya Federasiyası şiddətlə tövsiyə edir ki, Britaniya vətəndaşları viza ərizələrini təqdim edərkən yalnız keçmişləri haqqında etibarlı məlumat təqdim etsinlər.
London Britaniya diplomatının Moskvadan çıxarılmasından sonra vəziyyəti gərginləşdirərsə, Rusiya Federasiyası dərhal əks cavab verəcək", - Rusiya XİN-nin məlumatında bildirilib.
Əlavə olunub ki, Rusiya Federasiyası Londonun düşmənçilik hərəkətlərinə cavab olaraq 30 Britaniya vətəndaşına qarşı sanksiya tətbiq edib.
Belə ki, Britaniya siyasi isteblişmentinin, hərbi blokun nümayəndələri və bir sıra britaniyalı jurnalistlər Rusiyanın “arzuolunmaz şəxslər” siyahısına daxil edilib.
Siyahıda Böyük Britaniya Baş nazirinin müavini Rayner də yer alıb.
Bundan əlavə, Moskva Böyük Britaniyanın daxili işlər, maliyyə, səhiyyə və ədliyyə nazirlərinə qarşı sanksiyalar tətbiq edib.
Oxşar xəbərlər
Britaniyanın Rusiyadakı səfirinə etiraz notası verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya 30 Britaniya vətəndaşına qarşı sanksiya tətbiq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Böyük Britaniya 22 Rusiya tankerinə qarşı sanksiya tətbiq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Britaniya Rusiya SQ-nin bəzi hərbçilərinə Ukraynada kimyəvi silahdan istifadəyə görə sanksiya tətbiq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya səfiri Böyük Britaniya XİN-ə çağırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












