Ukraynanın XİN başçısı: Zelenski və Trampın görüşünü hazırlayırıq, dialoq qurulub
Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın komandaları iki liderin görüşünün hazırlanmasına başlayacaqlar.
“Report” xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andriy Sibiha Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell ilə birgə konfransda bildirib.
Onun sözlərinə görə, Zelenski Trampı qələbəsi münasibətilə telefonla təbrik edən ilk dünya liderlərindən biri olub. Nazir vurğulayıb ki, “telefon danışığının baştutma sürəti” artıq birbaşa dialoqun mövcudluğunun birbaşa sübutudur.
“Bu, gələcək əməkdaşlıq barədə fikir mübadiləsinin aparıldığı yaxşı və səmimi söhbət idi. Əlbəttə, biz liderlər səviyyəsində əlaqəyə ümid edirik”, – Sibiha qeyd edib.
O əlavə edib ki, telefon danışığı zamanı prezidentlərin komandaları iki liderin görüşünün hazırlanmasına başlamaq barədə razılığa gəliblər.
Oxşar xəbərlər
Zelenski Trampla danışıb
Netanyahu Trampla telefon danışığı aparıb
Tramp Zelenski ilə yaxşı münasibətləri olduğunu bəyan edib
Ukraynanın XİN başçısı BƏƏ-li həmkarı ilə ədalətli sülhün əldə edilməsini müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
