Bundesverin 2025-ci ildə modernləşdirilməsi üçün vəsait çatışmır
Bundesver (Almaniya Silahlı Qüvvələri) maliyyə çatışmazlığı ilə üzləşib.
“Report” xəbər verir ki, bu etirafı Almaniyanın müdafiə naziri Boris Pistorius edib.
Onun sözlərinə görə, Bundesverin 2025-ci ildə modernləşdirilməsi üçün 6 milyard avro əlavə vəsait lazımdır.
Pistorius qeyd edib ki, 2025-ci ildə Bundesverə mövcud təchizat problemlərini aradan qaldırmaq üçün təxminən 58 milyard avro lazımdır:
“Hazırkı vəziyyəti nəzərə alsaq, bizə təxminən 52 milyard avro ayrılacaq. Bu o deməkdir ki, 6 milyard çatışmır. Nəticədə 100-ə yaxın layihə həyata keçirilməyib və avadanlıqların alınması təxirə salınıb”.
Bu, “Puma” piyada döyüş maşınlarının sonrakı tranşına, lazımi sursata və uzaqmənzilli dəqiq silahların hazırlanmasına aiddir. Almaniya koalisiyasında mürəkkəb danışıqları nəzərə alaraq, o, vəzifələrin diapazonunun son dərəcə böyük olduğunu etiraf edib.
Almaniyada ordunun modernləşdirilməsi üçün 2022-ci ildə 100 milyard avro dəyərində xüsusi fond yaradılıb. Bu il ölkə müdafiəyə 73,41 milyard dollar xərcləyəcək ki, bu da proqnozlaşdırılan ÜDM-in 2,01%-ni təşkil edir.
Oxşar xəbərlər
Almaniya 2025-ci ildə müdafiəyə 75 milyard avrodan çox vəsait ayıracaq
Almaniya bu il Ukraynaya təxminən 7,1 milyard avro məbləğində silah tədarük edib
Almaniya 5 milyard avroluq büdcə kəsiri ilə üzləşib
Almaniya 2025-ci il üçün təxminən 5 milyard avro büdcə kəsiri olduğunu elan edib
Almaniyanın müdafiə naziri: İsrailin müdafiəsində iştirakımız üçün Bundestaqın icazəsi lazımdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Deputat: Uşaqpulu valideynlərdə tənbəllik yarada bilər - Video
-
Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA
-
Bu halda torpağınız əlinizdən ALINACAQ — DİQQƏT!
-
Torpağına "kupça" ala bilməyənlərə VACİB XƏBƏR: Çıxış yolu AÇIQLANDI
-
Rəvan Həsənov: Qarabağda şəhərlər müasirlik və müxtəlifliyi birləşdirərək yenidən qurulur
-
Azərbaycan Premyer Liqası: "Sabah" və "Qarabağ" cari mövsümdə sonuncu oyunlarını keçirəcəklər
