Almaniya 2025-ci il üçün təxminən 5 milyard avro büdcə kəsiri olduğunu elan edib
sizinxeber.az xəbər saytı

Almaniya 2025-ci il üçün təxminən 5 milyard avro büdcə kəsiri olduğunu elan edib


Almaniyanın maliyyə naziri Kristian Lindner 2025-ci il üçün federal büdcə kəsirinin təqribən 5 milyard avro olduğunu deyib.

APA xəbər verir ki, Linder bunu ZDF televiziyasına müsahibəsində deyib və məsələnin real həlli yolunu tapmaq üçün hələ çox vaxt olduğunu bildirib.

Nazir ayın ortalarına qədər Almaniya kansleri Olaf Şolz və vitse-kansler və iqtisadiyyat naziri Robert Habek ilə danışıqlar aparmaq niyyətindədir. Yalnız bundan sonra büdcə layihəsi Bundestaqa göndəriləcək ki, o da noyabrın sonunada qəbul edilməlidir.

Qeyd edək ki, iyulun 17-də Nazirlər Kabineti Almaniyanın 2025-ci il üçün büdcə layihəsini təsdiqləyib. Gələn il üçün olan büdcə 481 milyard avro təşkil edəcək. Gələn il Ukraynaya hərbi dəstək üçün 4 milyard avro ayrılacaq ki, bu da 2024-cü ildəkindən iki dəfə azdır.

Oxşar xəbərlər

Almaniya 5 milyard avroluq büdcə kəsiri ilə üzləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Finlandiya Ukrayna üçün sursat alınmasına 30 milyon avro ayıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avropa İttifaqı Livan üçün 500 milyon avro ayırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ Rusiyanın dondurulmuş aktivlərindən 1.5 milyard avronu Ukrayna üçün ayırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ iyulun 1-dək Rusiya aktivlərindən Ukraynaya vəsait köçürüləcəyinə ümid edir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər