ABŞ-nin 75 milyondan çox seçicisi prezident seçkilərində erkən səs verib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
03 
noy
2024
09:00

ABŞ-nin 75 milyondan çox seçicisi prezident seçkilərində erkən səs verib

03 noy, 2024
09:00
786

ABŞ-nin 75 milyondan çox seçicisi prezident seçkilərində erkən səs verib

ABŞ-nin 75 milyondan çox seçicisi 5 noyabrda baş tutacaq prezident seçkilərində erkən səs verib.

“Sizinxeber.az” xəbər verir ki, bunu Florida Ştatı Universitetinin məlumatları göstərir.

Məlumata görə, 75 093 872 nəfər erkən seçki hüququndan istifadə edib.

Onlardan 40.7 milyondan çoxu şəxsi olaraq seçki məntəqələrində, təxminən 34.4 milyon isə poçtla səs verib.

ABŞ-də qeydiyyatdan keçmiş seçicilərin sayı təxminən 168 milyon nəfər təşkil edir. Ən çox erkən səs verənlər Texas (8,6 milyon), Florida (7,8 milyon), Kaliforniya (7 milyon), Şimali Karolina (4,2 milyon) və Corciya (4 milyon) ştatlarında olub.

ABŞ-də növbəti ümumi seçkilər 5 noyabrda keçiriləcək. Respublikaçıları keçmiş prezident Donald Tramp, demokratları isə hazırkı vitse-prezident Kamala Harris təmsil edəcək.

Bizimlə əlaqə saxlayın