

Bayden: Qəzzada atəşkəsə nail olmaq Livandakından daha çətindir
Qəzza zolağında atəşkəsə nail olmaq Livandakından daha çətindir.
"Sizinxeber.az" TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Almaniya kansleri Olaf Şolts, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə görüşündən sonra deyib.
"Livanda atəşkəsə nail olmaq mümkündür, lakin Qəzzada bu, bir qədər çətin olacaq", - Bayden bildirib.
Qeyd edək ki, oktyabrın 18-də Berlində ABŞ Prezidenti Cozef Bayden, Almaniya kansleri Olaf Şolts, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer arasında görüş baş tutub.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin nəzarətində olan ərazilərə hücum edib. Nəticədə aralarında qocalar, qadınlar, uşaqlar da olmaqla 200-dən çox insan girov götürülüb. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Əvvəllər dəfələrlə Qəzzada atəşkəslə bağlı danışıqların dalana dirəndiyi barədə məlumatlar yayılıb. Eyni zamanda, ABŞ, Qətər və Misirin Qəzzada İsrail və HƏMAS üçün yeni atəşkəs təklifinin formalaşdırılması üzərində çalışdığı bildirilib. Lakin indiyədək bu səylər heç bir ciddi dəyişikliyə səbəb olmayıb.
Oxşar xəbərlər
Bayden Netanyahunu HƏMAS rəhbərinin zərərsizləşdirilməsi münasibətilə təbrik edib
Starmer Baydenin iştirak etməməsinə baxmayaraq, Ukrayna ilə bağlı danışıqlar üçün Almaniyaya gedəcək
Bayden: İsrail və HƏMAS Qəzzada atəşkəs əldə etməyə yaxındır
Bayden dörd ölkənin liderilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Starmer: Qəzzada atəşkəs üçün təcili addımlar atılmalıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Cənubi Karolinanın Qrinvil şəhərində 28 May “Azərbaycanın Müstəqillik Günü” elan edilib
-
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
-
Moldova XİN: Kişineu Azərbaycanla əməkdaşlığı qiymətləndirir, dialoqun inkişafına ümid edir
-
Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur
