“Milton” qasırğası Floridanın sahil xəttini kəskin şəkildə dəyişdirə bilər
sizinxeber.az xəbər saytı

“Milton” qasırğası Floridanın sahil xəttini kəskin şəkildə dəyişdirə bilər


ABŞ-nin Florida yarımadasına yaxınlaşmaqda olan “Milton” qasırğası qum təpələrini aşındıraraq və sahilyanı əraziləri suyun altında qoymaqla eyniadlı ştatın sahil xəttini kəskin şəkildə dəyişdirə bilər.

“Sizinxeber.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

“USGS ekspertlərinin proqnozlarına görə, “Milton”un yaratdığı tufan dalğaları Floridadakı bütün çimərliklərdə potensial olaraq eroziyaya və dağıntıya səbəb ola biləcək”, - məlumatda deyilir.

Sahil xəttinin dəyişikliklərinin proqnozlaşdırılması ilə məşğul olan okeanoloq Kara Doran bildirib ki, Floridanın qərb sahillərinin çox hissəsi subasmalara və dyunların tam eroziyasına səbəb olan “Helen” qasırğasından artıq çox zərər çəkib. “Bu, sahilin bir çox hissəsində onu yaxınlaşmaqda olan “Milton” qasırğasından nisbətən qoruyacaq dyunların tamamilə yox olması ilə nəticələnib. Odur ki, sahil hazırda qasırğaya qarşı xüsusilə həssas vəziyyətdədir.

Xatırladaq ki, Florida ştatının rəhbərliyi "Milton" qasırğasının yaxınlaşması səbəbindən ştatın 5,5 milyondan çox sakininin evlərini tərk etməsini və təxliyə olunmasını tövsiyə edib.

Oxşar xəbərlər

"Milton" fırtınası Meksika körfəzində qasırğa şiddətinədək güclənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden “Milton” qasırğasına görə xaricə rəsmi səfərlərini təxirə salıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden Floridada qasırğa ilə əlaqədar fövqəladə vəziyyət elan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Helen” qasırğası ABŞ-da 40 nəfərin ölümünə səbəb olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sahil qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər