“Milton” qasırğası nəticəsində su basmış Florida küçələrində timsahlar peyda olub
ABŞ-nin Florida ştatında “Milton” qasırğası səbəbindən yaşayış mühitindən çıxmış timsahlar küçələrdə və evlərdə görünüb.
“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” bildirib.
“Florida sakinləri "Milton" qasırğasından sonra bərpa işləri apararkən su basmış küçələrdə, həyətlərdə və hətta evlərində gözlənilməz qonaqlarla – evlərini tərk etmiş vəhşi heyvanlarla qarşılaşırlar. Cümə axşamı səhər saatlarında Tampada bir evin artırmasında dincələn timsah videoya çəkilib. Başqa bir timsah isə qasırğa zamanı Nort-Fort-Mayers yaşayış məntəqəsində su basmış ərazidən keçən avtomobilin təkərinə hücum çəkib”, – məlumatda deyilir.
Xatırladaq ki, “Milton” qasırğası çərşənbə axşamı gecə saatlarında Floridanın mərkəzi qərb sahillərinə çataraq Saffir-Simpson şkalası üzrə 3-cü kateqoriyaya çatıb. Qasırğadan əvvəl ştatın ərazisindən bir neçə tornado keçib ki, bu da əlavə dağıntılara səbəb olub. Hazırda 16 nəfərin öldüyü məlumdur.
Oxşar xəbərlər
“Milton” qasırğası nəticəsində Florida ştatında ölənlərin sayı 16 nəfərə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Milton” qasırğası Meksika körfəzində 3-cü kateqoriyaya qədər zəifləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Milton” qasırğası Floridanın sahil xəttini kəskin şəkildə dəyişdirə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden Floridada qasırğa ilə əlaqədar fövqəladə vəziyyət elan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ-də “Milton” qasırğası nəticəsində bir neçə nəfər ölüb, dağıntılar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












