Honkonqun yüzə yaxın sakini təhlükəli infeksiyaya yoluxub
Honkonqda yüzə yaxın insan B qrupu streptokoklarının yaratdığı infeksiyaya yoluxub.
"Sizinxeber.az"un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə Çin Xalq Respublikasının Xüsusi İnzibati Bölgəsinin Səhiyyə Departamenti nəzdindəki Sağlamlığın Qorunması Mərkəzi məlumat yayıb.
Söhbət ST283 ştammına yoluxmadan gedir. Epidemioloji araşdırmanın nəticələri göstərib ki, 75 xəstə şirin su balıqları ilə təmasda olub.
Son məlumata görə, ümumilikdə 91 nəfər infeksiyaya yoluxub. Xəstəxanaya yerləşdirilən 43 xəstənin vəziyyəti stabildir, daha dördünün vəziyyəti isə ağır olaraq qiymətləndirilir.
Həkimlər dörd xəstənin həyatını xilas edə bilməyiblər, 40 nəfər isə xəstəxanadan buraxılıb.
Oxşar xəbərlər
Honq-Konqda 27 nəfər streptokok infeksiyasına yoluxub, onlardan ikisi ölüb
Afrikada həftə ərzində meymunçiçəyinə minlərlə insan yoluxub
Ötən ay dünyada 50 minə yaxın insan vəbaya yoluxub
ÜST: Olimpiya Oyunlarında 40-dan çox idmançı COVID-19-a yoluxub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
