Bayden Livandakı vəziyyəti nəzərə alaraq Netanyahu ilə danışmaq niyyətindədir
sizinxeber.az xəbər saytı

Bayden Livandakı vəziyyəti nəzərə alaraq Netanyahu ilə danışmaq niyyətindədir


ABŞ prezidenti Cozef Bayden Livanda vəziyyətin gərginləşməsi fonunda İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıqlar aparmaq niyyətində olduğunu bildirib.

Bu barədə “Sizinxeber.az” “TASS”a istinadən xəbər verir.

Qeyd olunub ki, Amerika administrasiyasının rəhbəri jurnalistlərin Livanla bağlı suallarına cavab olaraq bildirib ki, o, Netanyahu ilə danışacaq və bu baş verdikdə mətbuata məlumat verəcək.

Cozef Bayden, həmçinin Livanda genişmiqyaslı müharibənin qarşısının alınmasının vacibliyini bəyan edib.

Oxşar xəbərlər

Bayden Netanyahuya HƏMAS ilə təcili razılaşmanın vacibliyini bildirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər