İsrael Katz: “Hizbullah”a qarşı hərbi əməliyyatlar İsrailin qələbəsinə qədər davam edəcək
İsrail Livanın şimalında əməliyyatları dayandırmağı planlaşdırmır, “Hizbullah”a qarşı hərbi əməliyyatlar ölkənin qələbəsinə qədər davam edəcək.
“Report” İsrail mətbuatına istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri İsrael Katz “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Şimalda atəşkəs olmayacaq. Qələbə əldə edənə və şimal sakinləri təhlükəsiz şəkildə evlərinə qayıdana qədər “Hizbullah” terror təşkilatı ilə mübarizəmizi var gücümüzlə davam etdirəcəyik”, – o qeyd edib.
Yerli KİV-in məlumatına görə, İsrailin baş naziri Benyamin Netanyahu ölkənin Müdafiə Qüvvələrinə şimalda döyüşləri ona təqdim olunan planlara uyğun olaraq davam etdirməyi tapşırıb.
Daha əvvəl “Sky News” telekanalı ABŞ rəsmilərinə istinadən bildirmişdi ki, yaxın saatlarda tərəflər arasında atəşkəs elan edilə bilər.
Oxşar xəbərlər
Netanyahu: İsrail ölkənin şimal sakinlərini evlərinə qaytarana qədər zərbələri davam etdirəcək
Yoav Qalant: “Hizbullah”a qarşı hərbi əməliyyatlar keçirməkdən başqa seçim yoxdur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib
-
Trampın təhdidindən sonra İran nümayəndə heyəti danışıqları tərk etdi
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
