Lukaşenko: Qərb müşahidəçiləri seçkilərə əvvəlcədən hazırlanmış qərarlarla gəliblər
Belarus heç vaxt ölkədə seçki prosesində beynəlxalq müşahidəçilərin iştirakına qarşı olmayıb.
“Sizinxeber.az” BELTA-ya istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Aleksandr Lukaşenko MDB ölkələrinin seçki orqanlarının rəhbərləri ilə görüşündə deyib.
“MDB-yə gəlincə, biz həmişə keçirdiyimiz seçkilərdə sizin və nümayəndələrinizin iştirakının tərəfdarıyıq. Bu, bizim üçün çox vacibdir. Sizin dost məsləhətləriniz, iradlarınız və ya hətta tənqidləriniz ciddi qəbul edilir”, - A.Lukaşenko bildirib.
Onun sözlərinə görə, Belarus xarici müşahidəçilərin iştirakı ilə bağlı hələ qərar qəbul etməyib: “Çünki bilirik ki, onların gəlişi daha sonra oxuyaraq imzalayacaqları qabaqcadan hazırlanmış sənədlər deməkdir”.
Prezident bildirib ki, bu məlumat xüsusi xidmət orqanlarının işi sayəsində məlum olub. Onlar aydınlaşdırıblar ki, sonuncu dəfə qərbli müşahidəçilər seçkilərə əvvəlcədən hazırlanmış qərarlarla gəliblər: “Onları bu proses maraqlandırmır, ölkəmizdə nə edəcəklərini və yekun bəyanatı əvvəlcədən müəyyənləşdiriblər".
“Buna görə də biz bu müşahidəçilərin qabaqcadan hazırlanmış müvafiq bəyanatla çıxış etmələrinə yol verə bilmərik”, - A.Lukaşenko vurğulayıb.
Oxşar xəbərlər
Lukaşenko da İlham Əliyevlə əlaqə saxladı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aleksandr Lukaşenko Azərbaycan Prezidentini təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lukaşenko özünə ömürlük toxunulmazlıq verdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lukaşenko: Qərbin Belarusa qarşı sanksiyaları digər ölkələr üçün də dağıdıcıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lukaşenko: Belarus ətrafında vəziyyət heç vaxt belə mürəkkəb olmayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












