Quterreş BMT TŞ-də vetonun götürülməsi ehtimalına şübhə ilə yanaşır
BMT Baş katibi Antoniu Quterreş təşkilatın Təhlükəsizlik Şurasında (TŞ) vetodan istifadə imkanının ləğvi ehtimalına şübhə ilə yanaşıb.
“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə o, BMT-nin mənzil-qərargahında keçirdiyi mətbuat konfransında bildirib.
“Vetodan istifadə təcrübəsini sevdiyimi düşünürsünüzsə, bu, belə deyil. Vetonun ləğvinə əmin olduğumu desəm, yalan danışaram”, - o deyib.
Onun sözlərinə görə, BMT TŞ-nin yeni daimi üzvlərlə genişləndirilməsi ilə bağlı razılığa gəlmək vetonun ləğvi üzrə razılaşmadan daha asandır.
Quterreş qeyd edib ki, TŞ-nin genişləndirilməsi, eləcə də şurada prosedurların şəffaflığının artırılması və Baş Assambleyanın rolunun gücləndirilməsi məsələlərində irəliləyişə ümid edir.
“Lakin mən vetonun ləğvinin mümkünlüyünə şübhə ilə yanaşıram”, - Baş katib vurğulayıb.
Oxşar xəbərlər
Quterriş BMT TŞ-də vetonun götürülməsi ehtimalına şübhə ilə yanaşır
BMT Baş katibi İranda törədilən terror aktını pisləyib
BMT-nin Baş katibi İran və Pakistana çağırış edib
BMT Ekvador qüvvələrinin Meksika səfirliyinə hücumuna münasibət bildirib
Knesset spikeri BMT Baş katibi ilə görüşməkdən imtina edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













