Quterriş BMT TŞ-də vetonun götürülməsi ehtimalına şübhə ilə yanaşır
sizinxeber.az xəbər saytı

Quterriş BMT TŞ-də vetonun götürülməsi ehtimalına şübhə ilə yanaşır


BMT Baş katibi Antoniu Quterriş təşkilatın Təhlükəsizlik Şurasında (TŞ) vetodan istifadə imkanının ləğvi ehtimalına şübhə ilə yanaşıb.

“Sizinxeber.az” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə o, BMT-nin mənzil-qərargahında keçirdiyi mətbuat konfransında bildirib.

“Vetodan istifadə təcrübəsini sevdiyimi düşünürsünüzsə, bu, belə deyil. Vetonun ləğvinə əmin olduğumu desəm, yalan danışmış olaram”, - o deyib.

Onun sözlərinə görə, BMT TŞ-nin yeni daimi üzvlərlə genişləndirilməsi ilə bağlı razılığa gəlmək vetonun ləğvi üzrə razılaşmadan daha asandır.

Quterriş qeyd edib ki, TŞ-nin genişləndirilməsi, eləcə də şurada prosedurların şəffaflığının artırılması və Baş Assambleyanın rolunun gücləndirilməsi məsələlərində irəliləyişə ümid edir.

“Lakin mən vetonun ləğvinin mümkünlüyünə şübhə ilə yanaşıram”, - BMT Baş katibi vurğulayıb.

Oxşar xəbərlər

Quterriş: Afrikaya BMT TŞ-də daimi üzv yeri verilməsi vacibdir
Quterriş: Dünya yenidən nüvə silahından istifadə təhlükəsi ilə üz-üzədir
BMT Baş katibi ABŞ və Rusiyanı strateji silahların məhdudlaşdırılması ilə bağlı razılığa çağırıb
Knesset spikeri BMT Baş katibi ilə görüşməkdən imtina edib
Stefan Dujarrik: BMT Baş katibi Azərbaycandan iqlim dəyişikliyi ilə mübarizəmizdə irəliləyiş gözləyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle