KİV: Stoltenberq Münhen Konfransının yeni sədri olacaq
Oktyabrın 1-dək NATO-nun Baş katibi kimi işini başa vuracaq Yens Stoltenberq Münhen Təhlükəsizlik Konfransının yeni sədri olacaq.
“Report” xəbər verir ki, bu barədə “Politico” qəzetinin Avropa nəşri mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Stoltenberq bu vəzifəni 2025-ci ilin fevralında keçiriləcək Münhen konfransından sonra icra edəcək.
Qeyd edək ki, norveçli siyasətçi Yens Stoltenberq 1959-cu il martın 16-da Osloda anadan olub. O, 2000-2001 və 2005-2013-cü illərdə Norveçin Baş naziri olub. 2014-cü ildə isə Stoltenberq NATO-nun Baş katibi seçilib. Baş katib kimi o, alyansın müdafiə qabiliyyətinin gücləndirilməsində fəal iştirak edib. Bu proses çərçivəsində hərbi hazırlığın yüksəldilməsi, NATO-nun Avropa üzvləri tərəfindən müdafiə xərclərinin artırılması, eləcə də bölgəyə əlavə qüvvələrin yerləşdirilməsi üzrə tədbirlər həyata keçirilib. Stoltenberqin rəhbərliyi dövründə Monteneqro NATO-nun 29-cu üzvü olub, üstəlik, o, Gürcüstan və Ukraynanın alyansa qoşulmaq istəyini də dəstəkləyib.
Oxşar xəbərlər
Stoltenberq NATO-Ukrayna Şurasının iclasını çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Stoltenberq Münhen Təhlükəsizlik Konfransının yeni sədri olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Stoltenberq Ukrayna-NATO Şurasının iclasını çağıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Stoltenberq: Azərbaycanın bir neçə NATO müttəfiqi ilə sıx əlaqələrini inkişaf etdirməsini alqışlayıram [xfgiven_updateblue][/xfgiven_updateblue]
Stoltenberq: NATO Ukraynadakı münaqişədə tərəf olmayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












