İsveç XİN başçısı vəzifəsini tərk edərək siyasətdən gedir
İsveçin xarici işlər naziri Tobias Billström vəzifəsini tərk edəcəyini açıqlayıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “The Local” portalı məlumat yayıb.
“Bu gün baş nazirə məlumat verdim ki, xarici işlər naziri vəzifəsini tərk edirəm”, - o deyib.
Nazirin bu qərarının səbəblərini açıqlamadığı, ancaq siyasətdən tamamilə getməyə hazırlaşdığı qeyd edilir.
“Bu o deməkdir ki, mən həm də parlamentdəki yerimdən ayrılacağam”, - o əlavə edib.
Qeyd edək ki, Billströmün 50 yaşı var. O, bir neçə qəzetdə siyasi redaktor vəzifəsində çalışdıqdan sonra 2002-ci ildə Riksdaqda (parlamentdə) deputat olub. Dörd ildən sonra o, miqrasiya naziri təyin edilib, 2022-ci ilin oktyabrından isə xarici işlər naziri postunu tutur.
Oxşar xəbərlər
İsveçin xarici işlər naziri istefa verəcəyini bildirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
