Trampla Harrisin seçim tərəddüdündə olan ştatlarda populyarlıq göstəriciləri bərabərləşib
ABŞ-nin keçmiş prezidenti Donald Tramp və vitse-prezident Kamala Harrisin seçim tərəddüdündə olan ştatlarda populyarlıq göstəriciləri demək olar ki, bərabərdir.
"Sizinxeber.az" xəbər verir ki, bunu "The Hill"in sifarişi ilə "Emerson College Polling"in avqustun 26-dan 28-dək keçirdiyi sorğunun nəticələri sübut edir.
Harris Corciya və Nevada ştatlarında Trampı bir qədər qabaqlayır: bu ştatlarda seçicilərin 49 %-i vitse-prezidentə, 48 %-i isə ABŞ-ın keçmiş liderinə etimad göstərir. Miçiqanda isə Harris Trampı iki faizlə qabaqlayır.
Trampın populyarlığı Arizonada bir qədər yüksəkdir, burada onu seçicilərin 50 %-i dəstəkləyirsə, Harrisdə bu, 47 %-dir. Şimali Karolina və Viskonsin ştatlarında Tramp 49 %, Pensilvaniyada isə hər iki namizəd 48 % reytinqə malikdir.
Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.
Oxşar xəbərlər
Harris əksər ştatlarda Trampı üstələyir
Harris Trampı sorğularda 5 faiz qabaqlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
