Almaniyanın Solingen şəhərindəki bıçaqlı hücumun terror olması istisna edilmir
Almaniyanın hüquq-mühafizə orqanları Solingendə festival iştirakçılarına hücumda terror motivləri ola biləcəyini istisna etmir, şübhəlinin şəxsiyyəti hələ müəyyən edilməyib.
"Sizinxeber.az" xəbər verir ki, bunu Düsseldorfun böyük prokuroru Markus Kaspers mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, şübhələr təsdiqlənərsə, işin istintaqını Karlsruedəki Federal Prokurorluq öz üzərinə götürəcək. Kaspers hadisə ilə əlaqədar 15 yaşlı yeniyetmənin saxlanıldığını təsdiqləyib. İstintaqın məlumatına görə, şübhəli hücumdan əvvəl onunla danışıb.
Xatırladaq ki, Almaniyanın Solingen şəhərində (Şimali Reyn-Vestfaliya) naməlum şəxsin şəhər festivalının qonaqlarına bıçaqla hücumu nəticəsində azı 3 nəfər ölüb, daha 4 şəxs yaralanıb.
Oxşar xəbərlər
Almaniyada bıçaqlı hücum: 3 nəfər ölüb, 9-u yaralanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
