Husilər Ali Komssarlığın Yəməndəki ofisini BMT-yə qaytarıblar
Üsyançı “Ansar Allah” hərəkatının husiləri BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının Sənadakı ofisini təşkilata qaytarıblar.
"Sizinxeber.az"un məlumatına görə, bu barədə beynəlxalq təşkilatın rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə bildirib.
"Ofis bu gün (dünən-red) Yəməndəki koordinatorumuz Julyen Harneysə qaytarıldı. Julyenin sözlərinə görə, ofis toxunulmaz olaraq qalır və inventarlaşdırılır", - o deyib.
Baş katibin nümayəndəsi əlavə edib ki, BMT bu addımdan ruhlanır, lakin eyni zamanda beynəlxalq təşkilat husiləri Yəməndə saxlanılan əməkdaşlarını azad etməyə çağırmağa davam edir.
Ötən həftə dünya qurumunun insan haqları üzrə ali komissarı Volker Türk bildirib ki, husilər avqustun 3-də komissarlığın Sənadakı ofisini zəbt ediblər və oradakı bütün mülkləri zorla müsadirə ediblər.
Oxşar xəbərlər
Blinken səudiyyəli həmkarı ilə Qəzzada atəşkəsi müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
