Küveytdə yanacaq tədarükünün kəsilməsi səbəbindən elektrikin verilişi dayandırılıb
Küveytin paytaxtında bəzi ərazilərdə elektrik enerjisinin verilişi dayandırılıb.
"Sizinxeber.az" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Elektrik, Su və Bərpaolunan Enerji Nazirliyi məlumat yayıb.
Elektrik enerjisinin kəsilməsinə səbəb istilik elektrik stansiyalarının yanacaq təchizatında yaranan fasilələr olub. Bununla yanaşı, duzsuzlaşdırma qurğularının da fəaliyyəti dayandırılıb.
Qeyd edək ki, Küveyt təsdiqlənmiş neft ehtiyatlarına görə dünyada altıncı yerdədir. OPEC-in məlumatına görə, Küveytin neft ehtiyatları 101,5 milyard barel və ya dünya neft ehtiyatlarının təxminən 6%-i səviyyəsində qiymətləndirilir. 2023-cü ilin sonunda Küveytdə neft hasilatı gündə təxminən 2,8 milyon barel neft təşkil edib. Ölkə həm də əhəmiyyətli təbii qaz ehtiyatlarına malikdir.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Avstraliyada bunkerdən 500 milyon avro dəyərində narkotik müsadirə olunub
