Banqladeş XİN 7 ölkədən səfirlərini geri çağırıb
Banqladeşin müvəqqəti hökumətindəki Xarici İşlər Nazirliyi bir sıra ölkələrdən səfirlərini geri çağırıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə UNB informasiya portalı məlumat yayıb.
Məlumata görə, qərar Rusiya, Almaniya, Maldiv adaları, BƏƏ, Səudiyyə Ərəbistanı, ABŞ və Yaponiyadakı səfirlərə aiddir.
Qeyd olunur ki, yaxın vaxtlarda bu ölkələrə yeni diplomatik nümayəndələr göndəriləcək.
Xatırladaq ki, avqustun 5-də Banqladeşin Baş naziri Şeyx Hasina istefa verib və ölkəni tərk edib. Ona və hökumətinə qarşı etirazlar iyulun əvvəlində yüksək işsizlik səviyyəsindən narazı olan tələbələrin etirazları ilə başlayıb. Onların hərəkətləri geniş vüsət alıb və toqquşmaya çevrilib. Hazırda ölkədə Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusun rəhbərlik etdiyi müvəqqəti hökumət yaradılıb. O, avqustun 8-də and içib.
Oxşar xəbərlər
Nobel mükafatçısı Banqladeşin müvəqqəti hökumətinə rəhbərlik etməyə başlayıb - YENİLƏNİB
Nobel mükafatı laureatı Banqladeşin müvəqqəti hökumətinə rəhbərlik etməyə hazır olduğunu bildirib
Nobel mükafatçısı Banqladeşin müvəqqəti hökumətinə rəhbərlik edə bilər
Məhəmməd Yunus Banqladeşin yeni hökumət başçısı kimi and içib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
