HƏMAS-ın yeni lideri İsraillə atəşkəsə dair razılığa gəlmək istəyir
Fələstinin HƏMAS hərəkatının Siyasi bürosunun yeni rəhbəri Yəhya Sinvar Qəzza zolağında müharibəyə son qoymaq üçün İsraillə atəşkəs sazişi bağlamaq istəyir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb.
Bildirilib ki, Misir və Qətərdən olan vasitəçilər bununla bağlı İsraili məlumatlandırıblar. Ankarada hesab edirlər ki, Qəzzada atəşkəslə bağlı razılaşma müəyyən səbəblərə görə əldə edilə bilər. Atəşkəsin əldə edilməsində amerikalılar israr edirlər, danışıqlar masasına qoyulacaq mətn ABŞ-İsrail kompromisinə əsaslanır.
Qəzet iddia edir ki, HƏMAS danışıqlar prosesində konstruktiv mövqe nümayiş etdirir.
“HƏMAS-ın danışıqlar prosesinin iştirakçısı olmasını və onun iştirakı olmadan qərarın qəbul edilməməsini təmin etmək üçün Ankaranın göstərdiyi səyləri də unutmamalıyıq. Buna görə də Y.Sinvarın qurulmuş balansı pozmaması vacibdir”, - nəşr yazıb.
Oxşar xəbərlər
KİV: Sinvarın HƏMAS lideri seçilməsi İsraillə sülh danışıqlarını çətinləşdirə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: HƏMAS-ın yeni lideri İsraillə razılaşmanın əldə edilməsində maraqlıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yəhya Sinvar HƏMAS-ın siyasi bürosunun yeni rəhbəri seçilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
HƏMAS İsraillə şərti razılığa gəlib, girovlar azad edilə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail HƏMAS liderləri üçün yeni plan hazırlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












