ABŞ terror aktının qarşısını almaq üçün Avstriyaya kəşfiyyat məlumatı verib
ABŞ administrasiyası amerikalı müğənni Teylor Sviftin Avstriyada verəcəyi konsertdə planlaşdırılan terror aktı təhlükəsinin qarşısını almaq üçün Vyanaya kəşfiyyat məlumatları təqdim edib.
“Sizinxeber.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib.
"Biz təhdidləri izləmək və qarşısını almaq üçün tərəfdaşlarla sıx əməkdaşlıq edirik. Bu işin bir hissəsi kimi, Birləşmiş Ştatlar Avstriya ilə kəşfiyyat məlumatlarını paylaşıb”, - Ağ Ev sözçüsü deyib.
Avstriyanın daxili işlər naziri Gerhard Karnerin sözlərinə görə, Sviftin konsertinin terror aktı təhlükəsi ilə əlaqədar ləğv edilməsi faciənin qarşısını almağa kömək edib.
Kəşfiyyat məlumatlarına görə, 19 yaşlı saxlanılan şəxs konsert yerinin yaxınlığında partlayıcılardan istifadə etməklə terror aktı törətməyi planlaşdırıb. Terror aktı avqustun 8-i və ya 9-da baş tuta bilərdi. Svift isə 8-10 avqust tarixlərində Vyanada çıxış etməyi planlaşdırırdı, belə ki, üç konsert üçün artıq 190 min bilet satılıb.
Oxşar xəbərlər
Avstriyada Teylor Sviftin konsertində terror törətmək istəyən şəxslər saxlanılıb
Ərdoğan Rəisi ilə telefonla danışıb, terror aktı ilə bağlı başsağlığı verib
Emin Ağalarov: Bu terror aktı şəxsən mənə və ailəmə toxunub
Qırğızıstanda MDB ölkələrindən birində terror aktı hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Teylor Sviftin konsertinə terror hücumunun qarşısı alındı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













