Rusiya və Çin qrup şəklində vizasız səyahət qaydalarını yumşaltmaq niyyətindədir
Rusiya və Çin ilin sonuna qədər qrup şəklində vizasız gediş-gəliş qaydalarının yumşaldılması məsələsini müzakirə edirlər.
“Report” xəbər verir ki, bu barədə Rusiya Federasiyası İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Əsas dəyişikliklər turist qrupunun minimum tərkibini müəyyənləşdirir, onun beş nəfərdən üç nəfərə endirilməsi, həmçinin turist qrupunun qəbul edən dövlətin ərazisində qalma müddətinin 15 gündən 21 günə qədər artırılması təklif edilir. Dəyişikliklər 2024-cü ilin sonuna qədər qüvvəyə minə bilər”, - məlumatda deyilir.
Qeyd olunub ki, Rusiya ilə Çin arasında qrup şəklində vizasız səyahət ilə mübadilə mexanizmi işə salınandan bu günə kimi 580 minə yaxın rusiyalı və çinli turist həmin turlardan yararlanıb.
Oxşar xəbərlər
Serbiya aviaşirkəti bu ilin sonuna qədər Bakıya uçuşlara başlaya bilər
Azərbaycandan İstanbula 27 mindən çox turist səyahət edib
Ötən il Antalya rekord sayda turist qəbul edib
Mərakeş və Azərbaycan arasında vizasız gediş-gəliş rejimi qüvvəyə minəcək
Venesiya turist qruplarının sayına məhdudiyyət tətbiq etməyi planlaşdırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Atletiko" "Barselona"nı darmadağın etdi
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"












