Serbiya aviaşirkəti bu ilin sonuna qədər Bakıya uçuşlara başlaya bilər
sizinxeber.az xəbər saytı

Serbiya aviaşirkəti bu ilin sonuna qədər Bakıya uçuşlara başlaya bilər


Bu ilin sonuna qədər "Air Serbia" şirkəti Belqraddan Bakıya birbaşa sınaq uçuşlarına başlamaq niyyətindədir.

"Sizinxeber.az" xəbər verir ki, bunu Serbiyanın mədəniyyət naziri, Azərbaycanla bu ölkə arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Nikola Selakoviç Komissiyanın Bakıda keçirilən 8-ci iclasında bildirib.

"Serbiya Azərbaycan vətəndaşlarının vizasız səyahət edə biləcəyi nadir ölkələrdəndir. Lakin iki ölkə arasında birbaşa uçuş imkanı yoxdur. Yaxın günlərdə bununla bağlı Azərbaycanla videokonfrans keçirmək niyyətindəyik. İlk növbədə bu marşrutun aktivliyini yoxlamaq üçün bu ilin sonuna qədər aviareyslər həyata keçirməyi düşünürük", - deyə o qeyd edib.

Oxşar xəbərlər

Nazir: “Air Serbiya”nın Cənubi Qafqazda ilk istiqamətlərindən biri Bakı olacaq
Sahil Babayev: Azərbaycan və Serbiya arasında əməkdaşlıq dayanıqlı bünövrəyə əsaslanır
Rəşad Nəbiyev: "Bakı ilə Qahirə arasında birbaşa uçuşların açılması üzrə danışıqlar aparılır"
Bakıda Azərbaycan və Serbiya Hökumətlərarası Komissiyanın iclası keçirilir
Sahil Babayev: Azərbaycan və Serbiya arasında dayanıqlı bünövrəyə əsaslanır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər