Azərbaycandan İstanbula 27 mindən çox turist səyahət edib
Ötən ilin noyabr ayında Azərbaycandan 27 min 113 turist Türkiyənin İstanbul şəhərinə səyahət edib.
“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə İstanbul Vilayəti Mədəniyyət və Turizm Müdirliyi məlumat yayıb.
Noyabr ayında İstanbul şəhərinə ümumilikdə 1 milyon 288 min turist səfər edib ki, bu da illik müqayisədə 4 % azdır. Hesabat dövründə İstanbula ən çox Rusiyadan olan turistləri (135 min 696 nəfər) gəlib. Onlardan sonra bu siyahını Almaniyadan (89 min 810), İrandan (88 min 727) və ABŞ-dan (61 min 566) olan turistlər davam etdirib.
İstanbula noyabrda səfər edən turistlərin 96,7 %-i və ya 1 milyon 245 nəfəri hava yolu ilə, 43 mini dəniz yolu ilə gəlib.
2023-cü ilin yanvar-noyabr ayında isə İstanbula gələn xarici turistlərin sayı 9 % artaraq 16 milyon 051 minə çatıb.
Oxşar xəbərlər
Azərbaycanın tomat ixracından gəliri 68 %-dən çox artıb
Şuşadakı otellərin qazancı kəskin artdı
Venesiya turist qruplarının sayına məhdudiyyət tətbiq etməyi planlaşdırır
Azərbaycanda 11 ayda dövlət xətti ilə 437 milyon manat ipoteka krediti verilib
Ərdoğan: Türkiyə Ukrayna münaqişəsi ilə bağlı İstanbul prosesini bərpa etməyə hazırdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













