Mərakeş və Azərbaycan arasında vizasız gediş-gəliş rejimi qüvvəyə minəcək
"Bir ay ərzində Mərakeş və Azərbaycan arasında vizasız gediş-gəliş rejimi qüvvəyə minəcək".
APA-nın məlumatına görə, bunu Mərakeş kralının taxta çıxmasının 25-ci ildönümünə həsr edilən tədbirdə krallığın ölkəmizdəki səfiri Adil Embarş bildirib:
"2023-cü ildən 2024-cü ilə qədər ölkələrimiz arasındakı turizm göstəricilərində 90%-dan çox artım müşahidə olunub. Bu tendensiyanı təşviq etmək üçün hər iki ölkə adi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında saziş imzalayıb. Məmnuniyyətlə bildimək istəyirəm ki, sözügedən sənəd təxminən bir ay ərzində qüvvəyə minəcək. Son dövrdə ölkələrimiz arasında qarşılıqlı yüksək səviyyəli səfərlərin sayında artım qeydə alınıb. Belə ki, 2023-cü ilin noyabrında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Mərakeş Kralığına rəsmi səfər edib. Bu səfər çərçivəsində o həmkarı Naser Burita ilə Mərakeş-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının iclasında həmsədr qismində iştirak edib".
Oxşar xəbərlər
Mərakeş səfiri: Ölkəmiz Azərbaycanın COP29-a uğurla ev sahibliyi edəcəyinə inanır
Mədəniyyət naziri Adil Kərimli Azərbaycan-Mərakeş münasibətlərindən danışıb
Ceyhun Bayramov İsrail XİN-in baş direktoru ilə görüşüb
Milli Hidrometeorologiya Xidməti: Son 50 ildə ən çox sel hadisəsi bu il qeydə alınıb
Azərbaycanın Türkiyədəki yeni hərbi attaşesi Yaşar Gülərlə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













