Venesiya turist qruplarının sayına məhdudiyyət tətbiq etməyi planlaşdırır
Venesiya hakimiyyəti bələdçinin müşayiəti ilə turist qruplarının sayının azaldılması qərarını təsdiqləyib.
BAKU.WS “report”a istinadən xəbər verir ki, şəhərin tarixi ada hissəsində, eləcə də Murano, Burano və Torçello adalarına qrup halında səfər edən turistlərin sayı 25 nəfərdən çox olmamalıdır.
Bu qərar hələ də Dövlət Şurası (parlament - Qeyd) tərəfindən təsdiqlənməlidir və bu halda 2024-cü il iyunun 1-dən qüvvəyə minəcək.
Tədbirin təşəbbüskarlarının fikrincə, bu, gələcəkdə turist axınını daha yaxşı təşkil etməyə, eləcə də ictimai asayişi təmin etməyə imkan verəcək.
Bundan əlavə, müəyyən səs həddini aşan bələdçi mikrofonlarının qadağan edilməsi planları var.
Bu, İtaliyanın ən çox ziyarət edilən şəhərlərindən biri olan Venesiyada “vəhşi turizmi” cilovlamaq üçün ilk cəhd deyil.
Belə ki, şəhər rəhbərliyi gecələmədən bir günlük gələn turistlər üçün şəhərə bir növ “giriş bileti”nin tətbiqini artıq təsdiqləyib. Qiymət ilin dövründən asılıdır.
Pandemiya zamanı turizmin özü də azaldığı üçün tədbir hələ qüvvəyə minməyib. İndi İtaliyada turizm pandemiyadan əvvəlki səviyyəyə qayıtdığı üçün tədbirin yazda sınaqdan keçirilməsi planlaşdırılır.
BAKU.WSOxşar xəbərlər
İspaniya Antidopinq Agentliyinin uyğunluq statusu ləğv edilə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yeni il axşamı Bakıda ictimai nəqliyyat necə işləyəcək? [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ayaq qoxusunda qurtarmağın ən asan yolu [xfgiven_updateblue][/xfgiven_updateblue]
Göyçayda mağazada pirotexniki vasitələr satan şəxs müəyyəb edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail: ABŞ zərbə qrupunu istifadə etməyə hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












