Britaniya altı ədəd zenit-raket kompleksi alacaq
sizinxeber.az xəbər saytı

Britaniya altı ədəd zenit-raket kompleksi alacaq


Böyük Britaniya 118 milyon funt sterlinq dəyərində “Land Ceptor” zenit-raket komplekslərini (ZRK) alır.

“Sizinxeber.az” xarici mediaya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

"Bu gün Müdafiə Nazirliyi altı yeni “Land Ceptor” zenit-raket kompleksi əldə etməklə Böyük Britaniyanın hava hücumundan müdafiəsini gücləndirəcəyini elan edib. 118 milyon funt sterlinq dəyərində alış ölkənin şimal-qərbində yeni iş yerlərinin açılmasını və inkişafı təmin edəcək", - məlumatda bildirilir.

Komplekslərin tədarükçüsü MBDA şirkəti olacaq. Komplekslər həm müstəqil şəkildə, həm də Böyük Britaniyanın “Sky Sabre” hava hücumundan müdafiə sisteminin komponenti kimi istifadə edilə bilər.

Oxşar xəbərlər

Çin dronlara qarşı yeni zenit-raket-top kompleksi hazırlayıb
Böyük Britaniya Ukraynaya 150 milyon funt-sterlinqlik hərbi yardım ayıracaq
Britaniya XİN: Ukrayna Rusiya aktivlərindən əldə edilən gəlir hesabına 752 milyon funt sterlinq alacaq
Almaniya Ukraynaya daha 17 ədəd zenit-raket kompleksi verəcək
Britaniya Ukraynaya 5 mindən çox “Thales” zenit raketləri təqdim edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər