Aİ və ABŞ birgə bəyanat yayımlayıblar
Avropa İttifaqı (Aİ) və ABŞ transatlantik ticarət və investisiyalar üçün çərçivə müəyyən edən birgə bəyanat yayımlayıblar.
“Sizinxeber.az”un Avropa bürosunun məlumatına görə, bu barədə beynəlxalq ticarət üzrə komissar Maroş Şevçoviç Brüsseldə jurnalistlərə bildirib.
Onun sözlərinə görə, sənəd Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və ABŞ Prezidenti Donald Tramp arasında iyulun 27-də Şotlandiyada əldə edilmiş siyasi razılaşmanın davamıdır.
"Bəyanatda ABŞ-nin Aİ-yə qarşı yeni tarif rejimi (avtomobillər, əczaçılıq məhsulları, yarımkeçiricilər və taxta-şalban kimi strateji sektorlar da daxil olmaqla, Aİ ixracının böyük hissəsi üçün 15 % tarif dərəcəsi) ətraflı şəkildə izah edilib. Avtomobillər və onların ehtiyat hissələri üçün müəyyən edilmiş tavan ABŞ mallarına qarşı tariflərin azaldılması ilə eyni vaxtda tətbiq ediləcək", - o bildirib.
"Avropa İttifaqı yüksək tariflərin dünya iqtisadiyyatına ziyan verdiyinə inanmağa davam etsə də, danışıqlar nəticəsində əldə edilmiş nəticə eskalasiyadan qaçmağa imkan verir və dialoqu davam etdirmək və transatlantik münasibətləri, o cümlədən ümumi strateji maraq kəsb edən sahələrdə əlaqələri inkişaf etdirmək üçün zəmin yaradır", - Şevçoviç vurğulayıb.
Oxşar xəbərlər
Aİ ABŞ-nin yeni tariflərə istisnalar elan edəcəyini gözləyir
Almaniya kansleri ABŞ-nin "tarif müharibəsinin" Avropaya təsirini açıqlayıb
Fon der Lyayen iyulun 27-də Trampla tarifləri müzakirə edəcək
Fon der Leyen ABŞ ilə razılaşmaya dair bəyanat yayıb
Bloomberg: Avropa İttifaqı ABŞ-la tarif danışıqları üçün güzəştlərin siyahısını hazırlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib








