Zelenski Donbasın Rusiya tərəfindən tezliklə işğal ediləcəyi barədə bəyanatları təkzib edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
21 
avq
2025
13:00

Zelenski Donbasın Rusiya tərəfindən tezliklə işğal ediləcəyi barədə bəyanatları təkzib edib

21 avq, 2025
13:00
296

Zelenski Donbasın Rusiya tərəfindən tezliklə işğal ediləcəyi barədə bəyanatları təkzib edib

Ukrayna Prezidenti Volodimir Zelenski Donbasın Rusiya tərəfindən tezliklə ələ keçiriləcəyi barədə bəyanatları təkzib edərək, bunun üçün "daha dörd il lazım olacağını" bildirib.

“Report” Ukrayna mediasına istinadən bildirir ki, bunu V.Zelenski jurnalistlərlə görüşündə deyib.

Prezident izah edib ki, Rusiya tammiqyaslı müharibə olmadan bütün Krımı və Donetsk vilayətinin üçdə birini, müharibə başladıqdan sonra isə təxminən daha üçdə birini işğal edib.

"Hazırda onlar ümumilikdə təxminən 67-69% ərazini işğal ediblər. Yəni, demək istəyirəm ki, təxminən 4 illik tammiqyaslı müharibə ərzində onlar Donetsk vilayətinin üçdə birini işğal ediblər. Ona görə də mən izah etdim ki, ilin sonuna qədər onların bizim Donbasımızı işğal edəcəyi barədə söhbətlər boş danışıqlardır. Yəni, Donbasımızı işğal etmək üçün onlara daha 4 il lazımdır", - V.Zelenski bildirib.

O, həmçinin vurğulayıb ki, ruslar Sumı vilayətini ələ keçirə bilməyəcəklər, çünki hazırda nəzarət etdikləri sərhədyanı zonalardakı əraziləri əllərində saxlaya bilməyəcəklər.

"Bugünkü reallıqda bu, zaman məsələsidir, bir neçə aydan sonra onlar Sumı vilayətində olmayacaqlar", - prezident əlavə edib. O, həmçinin vurğulayıb ki, Rusiya Xarkov vilayətini ələ keçirə bilməyəcək, Kinburn zolağını Ukraynaya verməyə hazır olmaları və Nikolayev vilayəti barədə söhbətlər isə sadəcə Ukraynanın dənizə çıxışını bloklamaq cəhdidir.
Bundan əlavə, V.Zelenski qeyd edib ki, Ukrayna müvəqqəti işğal olunmuş ərazilərin ilhaqını hüquqi cəhətdən tanımır.

Bizimlə əlaqə saxlayın