"Bild": Tramp əvvəlcə yalnız Zelenski ilə görüşəcək
ABŞ Prezidenti Donald Tramp avqustun 18-də Vaşinqtonda əvvəlcə ukraynalı həmkarı Volodimir Zelenski ilə təkbətək görüşəcək, daha sonra onu müşayiət edən Avropa ölkələrinin liderləri də görüşə qatılacaq.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Bild" nəşri Almaniya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, geniş tərkibdə işgüzar nahar və çoxsaatlıq müzakirə də olacaq.
Xatırladaq ki, Almaniya Kansleri Fridrix Merz, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Fransa Prezidenti Emmanuel Makron, Finlandiya Prezidenti Aleksandr Stubb, Böyük Britaniyanın Baş naziri Kir Starmer, İtaliyanın Baş naziri Ciorcia Meloni və NATO-nun Baş katibi Mark Rutte iclasda iştirak edəcəklərini açıqlayıblar.
Oxşar xəbərlər
Avropa liderləri Zelenskini dəstəkləmək üçün Vaşinqtona səfər edəcəklər
Zelenski və Avropa liderləri sabah Tramp ilə görüşə yollanacaqlar
KİV: Tramp-Zelenski görüşündə İtaliyanın baş naziri ilə Finlandiya prezidenti də iştirak edə bilər
Tramp Zelenskiyə və Avropa liderlərinə zəng edib
İtaliyanın Baş naziri Ağ Evdə Tramp-Zelenski görüşünə qatıla bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













