Avropa liderləri Zelenskini dəstəkləmək üçün Vaşinqtona səfər edəcəklər
- 17-08-2025, 16:30
- DÜNYA / Digər ölkələr
- 0
- 579
Almaniya kansleri Fridrix Merts digər Avropa liderləri ilə birlikdə ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında keçiriləcək görüşdə iştirak etmək üçün avqustun 18-də Vaşinqtona səfər edəcək.
"Report"un xəbərinə görə, bu barədə jurnalistlərə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius məlumat verib.
"Səfər ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putinlə Alyaskada görüşündən sonra məlumat mübadiləsi aparmaq məqsədi daşıyır", - o qeyd edib.
Eyni zamanda, Kornelius Mertsin dövlət və hökumət başçıları ilə Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqların gedişatını müzakirə edəcəyini və Almaniyanın sülh sazişinin mümkün qədər tez bağlanmasında maraqlı olduğunu vurğulayıb.
Almaniya Nazirlər Kabinetinin nümayəndəsinin sözlərinə görə, Vaşinqtonda keçiriləcək danışıqlarda digər məsələlərlə yanaşı, təhlükəsizlik təminatları, ərazi məsələləri və Ukraynaya gələcək dəstək müzakirə olunacaq: “Bura sanksiyalar təzyiqinin saxlanması da daxildir”.
Qeyd edək ki, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen avqustun 18-də Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdə iştirak edəcəyini təsdiqləyib.
İtaliyanın Baş naziri Ciorcia Meloni, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merts, Finlandiya Prezidenti Aleksandr Stubb və NATO-nun Baş katibi Mark Rütte də görüşdə iştirak edəcəklər.


width="220" alt="Almaniya kansleri Avropa liderləri ilə birlikdə Vaşinqtona səfər edəcək" />
width="220" alt="Avropa liderləri Vaşinqtona səfər edəcək" />
width="220" alt="Zelenski və Avropa liderləri Putinlə görüşündən əvvəl Trampla onlayn danışıqlar aparacaq" />
width="220" alt="Rutte və Tusk Trampla Ukrayna üzrə danışıqlara qatılacaq" />
width="220" alt="Tramp: Ukrayna üzrə sülh sazişi atəşkəsdən daha yaxşıdır - YENİLƏNİB-2" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />