Kansler: Rusiya Ukrayna ilə atəşkəsə razılıq vermək imkanı əldə edib
Beynəlxalq hüququ pozaraq Ukraynaya hücum etdikdən üç il yarım sonra Rusiya bu gün atəşkəsə razılıq vermək və döyüş əməliyyatlarını dayandırmaq imkanı əldə edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts “X” hesabında yazıb.
"Biz Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampın danışıqlar təklifinə ciddi yanaşacağını və Alyaskadakı görüşdən sonra Ukrayna ilə heç bir şərt qoymadan dialoqa başlayacağını gözləyirik. Ukraynanın güclü təhlükəsizlik zəmanətlərinə ehtiyacı var. Ərazi məsələləri yalnız ukraynalıların razılığı ilə həll edilə bilər", - kansler bildirib.
O əlavə edib ki, Tramp bu təşəbbüsə və son günlərdəki sıx koordinasiyaya görə təşəkkürə layiqdir. "Avropalı tərəfdaşlarımızla son danışıqlarımız zamanı ona davamlı dəstəyimizə dair təminat verdik", - Merts qeyd edib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bu gün Alyaskada rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.
Oxşar xəbərlər
Zelenski və Merts Ukrayna HHM-inin “Patriot”larla gücləndirilməsini müzakirə edib
Merts Rusiya – Ukrayna münaqişəsinin başa çatması ehtimalından danışıb
Merts Trampla Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün birgə səyləri müzakirə edəcək
KİV: Starmer Tramp, Makron, Merts və Meloni ilə Ukraynanı müzakirə edib
Merts gələn həftə Ukrayna ilə bağlı ciddi danışıqlar olacağını gözləyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













