ABŞ Dövlət Departamenti Nigeriyaya döyüş sursatları və raketlərin satışını təsdiqləyib
ABŞ Dövlət Departamenti Nigeriyaya 346 milyon dollar məbləğində döyüş sursatlarının, yüksək dəqiqlikli aviasiya bombalarının və raketlərinin, eləcə də müvafiq maddi-texniki təminatın potensial satışını təsdiqləyib.
"Sizinxeber.az"un məlumatına görə, bu barədə Pentaqonun hökumətlərarası müqavilələr üzrə xaricə hərbi texnika və silah tədarükünə cavabdeh olan Təhlükəsizlik Sahəsində Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Qurumun bəyanatında göstərilir ki, tədarük ediləcək silahların nomenklaturasına 1 002 ədəd "MK-82" aviasiya bombası, "GBU-12 Paveway II" və 2GBU-58 Paveway II" idarəolunan aviasiya bombaları üçün 1 002 ədəd "MXU-650" və 515 ədəd "MXU-1006" aerodinamik profil, onlar üçün 1 517 ədəd "MAU-169" və "MAU-209" naviqasiya sistemləri daxildir.
Bundan əlavə, ABŞ 1 002 ədəd unifikasiya edilmiş proqramlaşdırıla bilən "FMU-152" partlayıcı və "WGU-59/B" naviqasiya blokları, döyüş başlıqları və "MK66-4" mühərrikləri daxil olmaqla, 5 min dəst "APKWS II" lazer naviqasiya sistemi, eləcə də digər avadanlıqlar tədarük etmək niyyətindədir.
"Təklif olunan satış Nigeriyanın terror təşkilatlarına qarşı əməliyyatlar keçirməklə mövcud və gələcək təhdidlərə qarşı mübarizə qabiliyyətini artıracaq", - sənəddə vurğulanır.
ABŞ administrasiyası artıq konqresi mümkün satışı təsdiqləmək qərarı barədə məlumatlandırıb. Qanunverici orqanın potensial sövdələşməni nəzərdən keçirmək və onu bloklamaq üçün 30 günü var.
Oxşar xəbərlər
Dövlət Departamenti Cənubi Koreyaya 36 ədəd “Apache” helikopterinin satışını təsdiqləyib
ABŞ Dövlət Departamenti Ər-Riyada 1 milyard dollar dəyərində silah satışını təsdiqləyib
Dövlət Departamenti Niderlanda 908 milyon dollarlıq raketin satışını təsdiqləyib
Dövlət Departamenti Niderlanda "Patriot"ların 224 milyon dollara satışını təsdiqləyib
ABŞ Xorvatiyaya HIMARS raketdən müdafiə sistemlərinin satışını təsdiqləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Prezident İlham Əliyevin doğum günüdür
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik












