Kolumbiya Venesueladakı hərbi əməliyyatları bütün regiona qarşı təcavüz kimi qiymətləndirəcək
Ölkə hakimiyyətinin icazəsi olmadan Venesuela ərazisində istənilən hərbi əməliyyat bütün regiona qarşı təcavüz aktı kimi qiymətləndiriləcək.
"Report"un xəbərinə görə, bunu Kolumbiya Prezidenti Qustavo Petro “X”dəki səhifəsində yazıb.
"Mən Kolumbiya Silahlı Qüvvələrinin komandanı kimi əmrimi açıq elan edirəm. Kolumbiya və Venesuela bir xalq, bir bayraq, bir tarixdir. Qardaş ölkələrin razılığı olmadan istənilən hərbi əməliyyat Latın Amerikası və Karib hövzəsinə təcavüz olacaq", - Petro bəyan edib.
Bundan əvvəl “The New York Times” mənbələrinə istinadən yazıb ki, ABŞ prezidenti Donald Tramp gizli şəkildə Pentaqonun Latın Amerikası narkotik kartellərinə qarşı hərbi güc tətbiq etməyə başlaması barədə direktiv imzalayıb. Nəşr qeyd edib ki, belə bir tədbir kartellərə qarşı dənizdə və xarici dövlətlərin ərazisində mümkün birbaşa hərbi əməliyyatlar üçün rəsmi əsas ola bilər.
Paylaşımın ardınca Petro bu siyasətin ölkələrin suverenliyinə hörmət əsasında olması şərti ilə Trampın narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirmək planlarını dəstəklədiyini bildirib. O, həmçinin Vaşinqtonun Venesuela Prezidenti Nikolas Maduronun həbsi ilə bağlı məlumat üçün verilən mükafatın məbləğini 50 milyon dollara çatdırmaq qərarı ilə razılaşmadığını bildirib.
Oxşar xəbərlər
Tramp Pentaqona Latın Amerikası narkokartellərinə qarşı əməliyyata hazırlaşmaq üçün göstəriş verib
Kolumbiya ABŞ mallarına rüsumlar tətbiq edəcək
Kolumbiya ABŞ-dən deportasiya edilən vətəndaşların qayıtması üçün təyyarələr ayırıb
Kolumbiya Prezidenti ölkədə fövqəladə vəziyyət elan edib
Kolumbiya Prezidenti nazirlərin istefasını tələb edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













