KİV: Böyük Britaniya İsrailə qarşı yeni məhdudiyyətlər üzərində düşünür
Böyük Britaniya İsrailin Qəzza zolağının tam işğalına qərar verəcəyi təqdirdə, bu ölkəyə qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə "The Sunday Times" qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Britaniyanın bir sıra nazirliklərinə İsrail tərəfindən sözügedən addım atılacağı halda, "əhəmiyyətli" məhdudiyyətlər üzərində düşünmək tapşırılıb. Belə ki, Müdafiə Nazirliyi İsrail hərbçilərinin Böyük Britaniyada təlim kurslarında iştirakına qadağa qoyulması imkanını nəzərdən keçirir.
Eyni zamanda, məqalədə qeyd olunur ki, Britaniya Xarici İşlər Nazirliyi Binyamin Netanyahu hökumətinə Qəzzanın işğalının yolverilməz olduğunu göstərmək məqsədilə "müxtəlif mümkün sanksiyaların təhlilini aparır".
Britaniyanın Baş naziri Kir Starmerin ofisi isə bu məlumatları şərh etməyib.
Xatırladaq ki, iyun ayında Böyük Britaniya İsrailin maliyyə naziri Betsalel Smotriç və milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə məhdudiyyətlər tətbiq edib. Bundan əlavə, Böyük Britaniya İsraillə azad ticarət sazişinin bağlanması ilə bağlı danışıqları dayandırıb.
Daha əvvəl İsrailin Təhlükəsizlik Kabineti Baş nazir Binyamin Netanyahunun Qəzza zolağının tamamilə hərbi nəzarətə alınması barədə təklifini dəstəkləyib.
Oxşar xəbərlər
Böyük Britaniya İsrail və Çinə sanksiyalar tətbiq edə bilər
Britaniya hökuməti Netanyahu və Qalantı həbs etməyə hazırdır
Britaniya İsrailin iki nazirinə qarşı sanksiya tətbiq edib
KİV: İsrail Fələstinin tanınmasına görə rəsmi Londonla əməkdaşlığı dayandıra bilər
Britaniya qanunsuz miqrasiya təşkilatçılarına qarşı sanksiyalar tətbiq edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












