Britaniya qanunsuz miqrasiya təşkilatçılarına qarşı sanksiyalar tətbiq edəcək
Böyük Britaniyada qeyri-qanuni miqrasiya təşkilatçılarına qarşı dünyada ilk sanksiya rejimi tətbiq edilib.
“Report”un xəbərinə görə, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi bildirib: “Çox uzun müddətdir ki, cinayətkar qruplar Böyük Britaniyaya qeyri-qanuni miqrasiya ilə məşğul olmaqla, çirkli ciblərini ört-basdır edə və müdafiəsiz insanların hissləri ilə oynaya biliblər.
Məhz buna görə də Böyük Britaniya insan qaçaqmalçılığı ilə məşğul olan və qeyri-qanuni miqrasiyanın təşkili ilə məşğul olan qruplara, eləcə də onların əlbirlərinə qarşı dünyada ilk sanksiya rejimini işləyib hazırlayıb”.
Qeyd olunub ki, Britaniya hökuməti qara siyahıya düşənlərin hesablarını dondura və ölkəyə girişinə qadağa qoya biləcək. Tədbirlər ilk növbədə saxta sənədlərin hazırlanmasında, qeyri-qanuni miqrasiya marşrutlarının təşkilatçılarına maliyyə xidmətlərinin göstərilməsində və La-Manş boğazında istifadə edilən kiçik qayıqların tədarükündə iştirak edən şəxslərə qarşı yönəldiləcək.
Oxşar xəbərlər
Britaniya qanunsuz miqrasiya təşkilatçılarını “qara siyahı”ya salacaq
Böyük Britaniya “Evil Corp” qrupunun 16 üzvünə qarşı sanksiya tətbiq edib
Bir gündə Britaniyaya 500-ə yaxın qeyri-qanuni miqrant gəlib
Britaniya qanunsuz miqrantların sayına görə Avropada birinci yerdədir
Britaniya iki türk ölkəsinə sanksiya tətbiq etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












