Yaponiyada eyni turnirdə iştirak edən iki boksçu ölüb
sizinxeber.az xəbər saytı

Yaponiyada eyni turnirdə iştirak edən iki boksçu ölüb


Yaponiyalı boksçu Hiromasa Urakava 28 yaşında rinqdə aldığı xəsarətlərdən dünyasını dəyişib.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Boks Təşkilatının mətbuat xidməti məlumat yayıb.

Urakava Tokioda həmyerlisi Yoji Saito ilə döyüşdən sonra dünyasını dəyişib. Saito final, səkkizinci raundda texniki nokautla qalib gəlib.

Bundan əvvəl Yaponiyadan olan daha bir boksçunun - bu turnirdə də iştirak edən 28 yaşlı Şigetosi Kotarinin ölümü ilə bağlı məlumat yayılıb. O, subdural hematoma səbəbindən təcili əməliyyat olunub, lakin sonradan aldığı xəsarətlərdən dünyasını dəyişib.

Oxşar xəbərlər

Nokaut sonrası xəstəxanaya yerləşdirilən boksçu vəfat edib
36 yaşlı idmançı gənə dişləməsi nəticəsində dünyasını dəyişib
Portuqaliyalı futbolçu faciəvi şəkildə dünyasını dəyişib
Nigeriyalı boksçu döyüşdən sonra vəfat edib
Rusiya klubunun 12 yaşlı hokkeyçisi dünyasını dəyişib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər