sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Nigeriyalı boksçu döyüşdən sonra vəfat edib
Nigeriyalı boksçu Qabriel Oluvasequn Olanrevaju Qanada keçirdiyi döyüşdən sonra vəfat edib.
“Report” xəbər verir ki, bu barədə Qana Boks Təşkilatı məlumat yayıb.
40 yaşlı idmançı Qananın Akkra şəhərində yerli rəqibi Con Mbanuqu ilə keçirdiyi döyüşün üçüncü raundunda huşunu itirib. İlkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, boksçu keçirdiyi doyüşlərdə 13 qələbə (12-si nokautla) qazanıb, 8 dəfə uduzub. Onun hesabında 2 heç-heçə də var. O, peşəkar rinqdə Nigeriya və Qərbi Afrika çempionu da olub.
Oxşar xəbərlər
Boks üzrə dünya çempionu vəfat edib
Britaniyalı boksçu Daniel Dyubua ağır çəki üzrə dünya çempionu olub
Nokaut sonrası xəstəxanaya yerləşdirilən boksçu vəfat edib
Rusiyada 22 yaşlı boksçu məşq zamanı vəfat edib
Ümumdünya Boks Assosiasiyasının qızıl kəmərini qazanmış idmançı 35 yaşında vəfat edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













