Almaniya Azərbaycan və Ermənistanı sülh yolunda dəstəkləməyə hazır olduğunu bildirib
Almaniyanın xarici işlər naziri Yohan Vadeful Azərbaycan və Ermənistan liderlərinin birgə bəyannamə imzalamasını alqışlayıb və Berlinin davamlı sülh yolunda hər iki ölkəyə dəstək verməyə hazır olduğunu qeyd edib.
“Report” xəbər verir ki, bu barədə jurnalistlərə Vadeful deyib.
"Bu gün Ermənistan və Azərbaycan öz tarixlərində yeni səhifə açır. ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə hər iki ölkənin Vaşinqtonda sülh müqaviləsini paraflaması faktı Ermənistan və Azərbaycanda uzun illər münaqişə, köçkünlük və əzab-əziyyət tarixinə nəzər salan bir çox insanlar üçün ümid mənbəyidir. Bu gün hər iki hökumət çətin məsələləri danışıqlar yolu ilə həll etməyə və çətin kompromislərə getməyə hazır olduğunu nümayiş etdirir", - o deyib.
Xarici siyasət idarəsinin rəhbəri vurğulayıb ki, Almaniya artıq bir müddətdir ki, öz tərəfdaşları ilə birlikdə münaqişənin diplomatik yollarla həllinə fəal dəstək verir.
"İndi sülh sazişinin mümkün qədər tez iki hökumət tərəfindən imzalanması və ratifikasiyası böyük əhəmiyyət kəsb edir. Almaniya əvvəlki kimi davamlı sülhə gedən yolda Ermənistan və Azərbaycanı dəstəkləməyə hazırdır", - nazir yekunlaşdırıb.
Qeyd edək ki, daha əvvəl Vaşinqtonda keçirilən görüşdən sonra Azərbaycan və Ermənistan liderləri tərəflərin sülh arzusunu vurğulayan yeddi bənddən ibarət birgə bəyannamə imzalayıblar.
Oxşar xəbərlər
Rusiya Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasına dəstək verməyə hazırdır
Zelenski: ABŞ ilə sülh planının müzakirəsindən sonra Rusiya ilə danışıqlar aparmağa hazıram
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
