Netanyahu İsrailin Qəzzanı ilhaq etmək niyyətində olmadığını açıqlayıb
İsrailin Baş naziri Binyamin Netanyahu rəsmi Təl-Əvivin Qəzza zolağını ilhaq etmək niyyətində olmadığını bildirib.
“Sizinxeber.az” “The Times of Israel”ə istinadən xəbər verir ki, o, bu barədə Hindistanın ingilisdilli “CNN-News18” nəşrinə müsahibəsində deyib.
Netanyahu vurğulayıb ki, İsrail Qəzzanı ilhaq etməyəcək və bu əraziyə nəzarəti keçid idarəetmə orqanına verməyi planlaşdırır.
O, həmçinin İsrailin hazırkı münaqişədə əsas məqsədlərini təsdiqləyib: HƏMAS-ın tamamilə məhv edilməsi və qalan bütün girovların qeyd-şərtsiz azad edilməsi.
İsrail Baş nazirinin sözlərinə görə, hərəkat üzvləri silahlarını yerə qoysa və oğurlananların hamısını azad etsə, döyüşlər tez bitə bilər.
Xatırladaq ki, daha əvvəl “Ynet” Netanyahunun rəhbərlik etdiyi İsrail hökumətinin Qəzza zolağının tam işğalına keçid planlarını təsdiqləməyə hazırlaşdığını bildirmişdi.
Oxşar xəbərlər
Netanyahu: Qəzzanı ilhaq etməyi planlaşdırmırıq
KİV: Netanyahu nazirlərə Qəzzanın ilhaqı ilə bağlı plan təklif edib
KİV: İsrail Qəzzanı tamamilə işğal etməyə hazırlaşır
Netanyahu: İsrail əraziyə tam nəzarət müqabilində Qəzzaya yardımı bərpa edəcək
Netanyahu: İsrail Qəzza razılaşmasının şərtlərini qəbul edib, növbə HƏMAS-dadır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













